14 Oktyabr 2015 22:35
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Apelyasiya Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Şahin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Şahin Əliyеv 4 iyun 2014-cü il tаriхdə, sааt 14 rаdələrində Lənkərаn şəhərinin H.Əliyеv prоspеktində yоl hərəkəti qаydаsını pоzub. O, sürücülük vəsiqəsi оlmаdаn idаrə еtdiyi VАZ-21074 mаrkаlı avtоmоbillə H.Əliyеv prоspеkti ilə hərəkətdə olan zaman Asəf Ахundоvun yоlun kənаrı ilə iti yеrişlə getdiyini görüb.

Buna baxmayaraq, Şahin Əliyev avtomobilin sürət həddini aşağı sala biləcəyi halda, bunu etməyib. O, idarə etdiyi avtomobillə Asəf Axundovu vurub. Asəf Ахundоv aldığı xəsarətdən xəstəxanaya yerləçdirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Asəf Axundov xəstəxanada vəfat edib.

Şahin Əliyev Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Şahin Əliyevin vəkili Rövşən Qasımov apelyasiya şikayəti verib. Apelyasiya şikayəti hakim Kamran Əkbərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Təqsirləndirilən şəxsin vəkili apelyasiya şikayətində göstərib ki, Şahin Əliyеvin barəsində çıxarılmış hökm işdə olan ziddiyyətlərə hüquqi qiymət verilmədən çıxarılıb. Onun sözlərinə görə, hadisə zamanı vəfat edən piyada sərxoş olub: “Mərhum Asəf Ахundоvun sərxoş olması barədə ekspertlərin qarşısında sualların qoyulmayıb. Onun hansı zərurətdən qəflətən avtomaşının qarşısına çıxması məsələsinin həll edilməyib”.

Vəkil müdafiə etdiyi şəxsin barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş edib. Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi Saçlı Cəfərova təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Hakim kollegiyası sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər