15 Oktyabr 2015 09:47
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Qalib Rəhimov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib. Yaralı ağır vəziyyətdə olduğu üçün onu dindirmək mümkün olmayıb.

İlkin məlumata görə, Qalib Rəhimov Binə qəsəbəsində Tofiq adlı şəxs tərəfindən bıçaqlanıb.

Hazırda Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları cinayəti törədən şəxsin müəyyən edərək tutulması üçün tədbirlər görür.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: