Bakının Xəzər rayonunda Sumqayıt şəhər sakini ölümcül döyülüb.
Teleqraf.com xəbər verir ki, hadisə Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış sahəsində qeydə alınıb.
Həmin ərazidə Sumqayıt şəhər sakini, 1973-cü il təvəllüdlü Rasim Həsən oğlu Həsənov Qəhrəman adlı şəxs tərəfindən döyülüb. Həmin şəxs daha sonra Rasim Həsənovun baş nahiyyəsinə daş parçası ilə vuraraq ona xəsarət yetirib.
Rasim Həsənov xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov