Bakının Sabunçu rayonunda itkin düşən qız polisə zəng edib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Aysel Məmmədovanın itkin düşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə müraciət edilib.
Müraciət əsasında aparılan araşdırma zamanı qızın yeri müəyyən edilib. Aysel Məmmədova polis bölməsi ilə əlaqə saxlayaraq bildirib ki, onu itkin düşməsi ilə bağlı axtarış aparılması üçün ehtiyac yoxdur. O, qeyd edib ki, evlənmək məqsədilə Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Kamran Kamal oğlu Xalıqova qoşularaq qaçıb.
Hacı Zeynalov