16 Oktyabr 2015 08:18
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində banka terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən Hidayət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 19-na təyin edilib.

Hidayət Vəliyev Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək banklardan birinin ofisinə bomba qoyulması barədə məlumat verib. Araşdırma zamanı məlumat təsdiqini tapmayıb.

Hidayət Vəliyev Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə yalan məlumat vermə) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər