Bakının Nəsimi rayonunda yol qəzası törədən sürücü cinayət məsuliyyətinə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini Nizami Məmmədov saxlanılıb,
Nazim Məmmədov idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədib. Hadisə sentyabrın 28-də baş verib. Qəza nəticəsində Sədi Mikayılov xəsarət alıb.
Qəzanı törədən sürücü hadisə yerindən qaçmışdı.
Hacı Zeynalov