Daxili İşlər Nazirliyi ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı açıqlama yayıb. Teleqraf.com xəbər verir ki, Gəncə şəhərində Göygöl rayon sakini Rəşad Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi Valeh Musayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Rəşad Məmmədov izahatında Valeh Musayevin ondan öncə müəyyən edilməmiş digər avtomobillə vurulmasını bildirib.
Bundan başqa, oktyabrın 15-də saat 11 radələrində Bərdə şəhərində Yenidaşkənd kənd sakini Sərxan Həsənov idarə etdiyi “NAZLifan” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Xəlil Nəbiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş Xəlil Nəbiyev orada ölüb.
Oktyabrın 15-də saat 16 radələrində Abşeron rayonunun Saray qəsəbəsində Sumqayıt şəhər sakini Mirməcid Eminov idarə etdiyi “TOFAŞ” markalı avtomobili yol ayırıcısına vurub. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Daha bir hadisə Göyçay rayonunun Mallı-Şıxlı kəndində qeydə alınıb. Ucar rayon sakini Nadir Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakinləri Zahid Hüseynovu və Elnur Mikayılovu vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.
Hacı Zeynalov