2 İyun 2014 17:14
1 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayon Məhkəməsində qadınları fahişəliyə cəlb edən 1987-ci il təvəllüdlü Kəmalə Mehdizadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Kəmalə Mehdizadə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

O, gəlir əldə etmək məqsədilə Nəsimi rayonunda olan mənzilində əxlaqsızlıq yuvası təşkil edib. Kəmalə Mehdizadənin evində qadınları fahişəliyə cəlb etməsi ilə bağlı əməliyyat məlumatı əldə olunub. Keçirilən əməliyyat nəticəsində məlumat təsdiqini tapıb.

Kəmalə Mehdizadə Cinayət Məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham olunub.

Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə Kəmalə Mehdizadə cərimə olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif: