Bakının Səbail rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə M.Hüseynov küçəsi, 4 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Tapdıq Əli oğlu Əliyev idarə etdiyi “Toyota Camri” markalı avtomobillə ərazidə xidmətdə olan Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis serjantı, 1991-ci il təvəllüdlü Rauf Elxan oğlu Orucovu vurub.
Elxan Orucov xəstəxanada tibbi yardım alıb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Hacı Zeynalov