2 İyun 2014 18:04
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xaçmaz rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, Xaçmaz rayon sakini Tural Novruzəliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs hadisə yerində qaçsa da, polis onun kimliyini müəyyən edə bilib. Tural Növruzəliyevi bıçaqlayan həmyerlisi Əlipaşa Əlipaşayev tutulub. O, hadisəni şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: