2 İyun 2014 18:18
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qadının avtomobili oğurlanıb.

Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi rayonun Ə.Ələkbərov küçəsində yerləşən avtoyuma məntəqəsində baş verib. Avtoyuma məntəqəsindən Bakı şəhər sakini Turanə Haqverdiyə məxsus “Pegout” markalı avtomobil qaçırılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə avtomobil Binəqədi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Əli Haqverdi tərəfindən idarə edilərkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: