Bakıda yaşayış evindən silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Namiq Babayevin Bülbülə qəsəbəsində yaşadığı evinə baxış keçirilib.
Əməliyyat zamanı onun evindən nömrəsi pozulmuş “AK-74” silahı, 240 ədəd avtomat patronu və 20 ədəd patron darağı aşkar edilərək götürülüb.