19 Oktyabr 2015 15:17
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 9 ayında gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 172 fakt aşkarlanıb.

Bu, Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim olunmuş hesabatda əksini tapıb.

Bu faktlar üzrə ümumilikdə 86 kq 372 qramdan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları, o cümlədən 5 kq 239 qram tiryək, 42 kq 086 qram marixuana, 29 kq 518 qram həşiş, 7 kq 870 qram heroin, 224 qram metadon, 2,272 qram kokain, 89,161 qram metamfetamin, 60 həb və 1,935 qram alprazolam, 46 qram fenobarbital, 10,014 qram klonazepam, 1 kq 282 qram kalium permanqanat və digərləri dövriyyədən çıxarılıb. Görülmüş tədbirlər nəticəsində 207 nəfər saxlanıb ki, bunlardan 180-i kişi və 27-si qadın olub. Saxlanılanlar arasında 176 Azərbaycan vətəndaşı və 31 xarici vətəndaş (27 İran, 3 Ukrayna, 1 Rusiya Federasiyası vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 28 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib. 157 halda narkotiklər İrandan, 4 halda Gürcüstandan, 3 halda Rusiyadan, 2 halda Ukraynadan, 1 halda Böyük Britaniyadan, 1 halda Niderlanddan, 1 halda Türkiyədən gətirilərkən, 1 halda Rusiyaya aparılarkən saxlanılıb. Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə ediblər. Bu ilin 9 ayı ərzində 62 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb. (APA)


Müəllif:

Oxşar xəbərlər