19 Oktyabr 2015 15:29
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA prezidenti Mişel Platini FİFA-dakı həmkarı Yozef Blatterlə şifahi razılıq əsasında yerinə yetirdiyi iş müqabilində ali futbol qurumunun vəsaitindən 2 milyon İsveçrə frankı aldığını təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə fransalı funksioner "Le Monde" nəşrinə açıqlama verib.

"Mən nə hüquqşünas, nə də agentəm. Blatterə FİFA prezidenti kimi etibar edirdim. İstənilən halda, bildiyim qədərilə İsveçrə qanunvericiliyində şifahi razılaşma yazılıda olduğu kimi hüquqi qüvvəyə malikdir. 1998-ci ildə Blatter məndən müşaviri olmağımı xahiş etdi. Mənə pulla bağlı sual verəndə "Milyon" cavabını verdim. Həmin vaxt avro yox idi. Blatter də "Yaxşı, ildə milyon İsveçrə frankı" söylədi", - o deyib.

Qeyd edək ki, daha öncə Yozef Blatter UEFA prezidenti ilə centlmen razılaşmasının olduğunu və bunun əsasında 2011-ci ildə ona 2 milyon frank ödədiyini bildirib. Hazırda həm Blatter, həm də Mişel Platini tutduqları vəzifələrdən 90 gün müddətinə kənarlaşdırılıb.


Müəllif:

Oxşar xəbərlər