Rusiyanın Moskva şəhərində iki övladını öldürən 30 yaşlı Dmitri M. həbs edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qəddar ata bütün əməllərini etiraf edib.
Məlumatlara görə, hadisə oktyabrın 18-də baş verib. Dmitri ailə münaqişə zəmnində 9 aylıq qızını və 4 yaşlı oğlunu bıçaqla qətlə yetirib.
Hadisə baş verən vaxtı uşaqların anası da evdə olub. Dmirti qadına bıçaq zərbəsi endirsə də, həkimlər onun həyatını xilas edə bilib.
İstintaqa ifadə verən Dmitri hadisənin səbəblərini açqılayıb. Məlum olub ki, Dmitri ilə həyat yoldaşı Tailandda özəl bizneslə məşğul olub. Müəyyən müddətdən sonra vətənə qayıdan ailə müflisləşib. Bundan sonra ər və arvad arasında mütəmmadi mübahisələr başlanıb.
Dmitri uşaqları öldürməyi bir həftə öncə düşündüyünü deyib. O bildirib ki, banklara olan borcu onu bu addımı atmağa vadar edib.
Yayılan məlumatda qeyd edilib ki, Dmitri bu ayın sonu məhkəmə qarşısına çxıarılacaq.
Samir