Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Almurad Babayevin evində baldızı Rəbiyyə Sultanova münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş A.Babayev orada ölüb.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Sultanova tutulub.
Hacı Zeynalov