21 Oktyabr 2015 18:59
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ruslan Rzayev, Nail Mehralıyev və Muğan Teymurlunun cinayət işi üzrə məhkəməsi prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin martın 28-də, gecə saat 04.00 radələrində Xətai rayonunun Nobel rrosrektində Bakı şəhər sakinləri Ruslan Rzayev, Muğan Teymurlu və Nail Mehralıyev Siyəzən rayon sakini Ruslan Hüseynovu bıçaqla hədələyərək 53 manatını alıblar.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ruslan Rzayev 10, Nail Mehralıyev və Muğan Teymurlu isə hər birinə 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər