Bakının Xəzər rayonunda oğurluq etməkdə şübhəli bilinən yeniyetmələrdən ibarət qrup zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - 2000-ci il təvəllüdlü Əli Həsənov, 1989-cu il təvəllüdlü Rafiq Həsənov və 1991-ci il təvəllüdlü Ceyhun Əlizadə tutulub.
Onlar bu ilin mayın 1-də Albalılıq yaşayış massivində, Bakı şəhər sakini Oqtay Cabbarova məxsus mağazadan 120 manat, mobil telefon, ərzaq məhsulları və tütün məmulatı oğurlamaqda şübhəli biliniblər.
Hacı Zeynalov