21 Oktyabr 2015 20:56
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada 37 yaşlı azərbaycanlı Zahid Mamaliyevin məhkəməsi keçirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Z.Mamaliyev azyaşlı uşağı özünü öldürmə həddinə çatdırma maddəsi ilə ittiham olunub.

Hakim Mamaliyevin cinayətini sübuta yetirilmiş hesab edərək, onu 4 il müddətində azadlıqdan məhrum edib. Z.Mamaliyev cəzasını ümumi tipli cəzaçəkmə müəsisəsində çəkəcək.

Polisdən verilən məlumata görə, hadisə 2014-cü il oktabrın 23-də Kuntsevo rayonunda baş verib. 4-cü sinif şagirdi özünü yaşadığı binanın 13-cü mərtəbəsindən atıb. Araşdırmalar zamanı, 10 yaşlı Dimanın ölümü ilə bağlı bir neçə fərziyə irəli sürülüb. İlkin ehtimallara görə, azyaşlı evdə tək olub və eyvandan sallandığı zaman ehtiyatsızlıqdan yıxılıb. Qeyd edək ki, hadisə baş verən zaman Dimanın bacısı dərsdə, anası isə işdə olub.

Şahidlərin dindirilməsi vaxtı Dimanın həmin gün sinif yoldaşı Mahmudla mübahisə etdiyi və mübahisə zamanı Mahmudun atası Z.Mamaliyevin Dimanı digər uşaqların yanında ölümlə təhdid etdiyi məlum olub. Hadisədən sonra Dima iki dostu ilə birlikdə evə gəlib. Dostları getdikdən bir müddət sonra isə özünü binadan atıb.

Z.Mamaliyev polis bölməsində baş verənləri etiraf edib.

Samir


Müəllif:

Oxşar xəbərlər