22 Oktyabr 2015 10:40
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluq faktı aşkar edilib.

Teleqraf.com xəbər verir ki, Yevlax rayon sakini Fariz Nuriyev Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə ərizə ilə müraciət edib.

O, bildirib ki, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Vüsal Əzizov Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində yerləşən “URFA” restoranında viza düzəltmək adı ilə ondan 4800 manat alıb, lakin vədinə əməl etməyib.

Fariz Nuriyevin ərizəsi adiyyatı üzrə Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə göndərilib. 14-cü bölmədə toplanan təhqiqat araşdırması üzrə materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər