22 Oktyabr 2015 11:55
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda mənzildən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə Azadlıq prospekti, ev 164/12, mənzil 41 ünvanında baş verib.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Humay Kərimovanın evinə naməlum şəxs və ya şəxslər açar seçmək üsulu ilə giriblər. Onlar Humay Kərimovanın 2 min manatını oğurlayıblar.

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə məlumat verilib. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: