Bir neçə ay əvvəl “Nida” Gənclər Hərəkətının keçmiş üzvü Elsevər Mürsəllinn müğənni Mətanət Əsədovanı təhqir etməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə bağlı Nəsimi Rayon Məhkəməsində prosesi keçirilib.
Elsevər Mürsəlli bu gün Teleqraf.com-a ünvanlandığı məktubda Mətanət Əsədovadan üzr istədiyini bildirib: “Bir necə ay bundan öncə Space kanalında baş vermiş qarşıdurmaya əsəbləşərək sosial səhifəmdə müğənni Mətanət Əsədovanın ünvanına yazdığım təhqirlərə görə ondan üzr istəyirəm. Əslində kim olmağından asılı olmayaraq, bir qadini əsla təhqir etmək olmaz. Əsəblərimə hakim ola bilmədim. Bunu etdiymə görə sonradan çox üzüldüm. Ümid edirəm ki, Mətanət xanım və ailəsini üzdüyümə görə Allahın belə bağışladığı bəndəsini onlar da bağişlayacaq”.
Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.
Mətanət Əsədova yazıçı tərəfindən təhqir olunduğunu iddia edib. O, yazıçını məhkəməyə verib və 100 min manat təzminat ödəməsini tələb edib. Bundan sonra Elsevər Mürsəlli sosial şəbəkədə Mətanət Əsədovanın ünvanına xoşagəlməz ifadələr işlədib. Bu ifadələr isə bəzi saytlar tərəfindən yayılıb.
Bundan sonra Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən Mətanət Əsədova Elsevər Mürsəllinin barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işinin başlanması və həbs edilməsini istəyir. Bun dan əlavə, Mətanət Əsədova Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək yazar Əziz Musaoğlundan 100 min manat təzminat ödəməsini tələb edir.
Hacı Zeynalov