Bakının Binəqədi rayonunda gəlin qayınanasının evindən oğurluq edib.
Teleqraf.com xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsi, Yeni Yaşayış Massivində qeydə alınıb.
1956-cı il təvəllüdlü Zambaq Beydulla qızı Şıxıyeva Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə müraciət edərək bildirib ki, evindən 200 manat oğurlanıb. Onun qeyd etdiyinə görə, evdə olmadığı zaman qapını sındıraraq oğurluq edilib.
Zambaq Şıxıyeva oğurluğun törədilməsində gəlini Elnarə Ağayevadan şübhəlindiyini qeyd edub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov