19 Aprel 2014 10:35
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Sabirabad rayonunda yaşayış evlərindən birində güclü yanğın olub. Teleqraf.com-un xəbərinə görə, yanğın hadisəsi rayonun Ətcələr kəndində qeydə alınıb.

Kənd sakini Niyaməddin İbrahim oğlu İbrahimovun evində güclü yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar nazirliyinin Yanğından Mühafizə İdarənini Sabirabad bölməsinin yanğın söndürənləri gəlib.

Yanğın güclü olduğu üçün evdə olan bütün əşyalar yanıb. Ev sahiblərindən xəsarət alan olmayıb.

Rəis müavinin evinin qəsdən yandırılıb-yandırılmaması ilə bağlı versiyalar araşdırılır.

Niyaməddin İbrahimov Respublika Dövlət Yol Polisi İdarəsinin Hacıqabul rayon Polis Şöbəsinin yol polisi bölməsinin rəis müavini vəzifəsində çalışır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər