Ağdam rayonuna yaxınlarının evinə qonaq gedən Bakı sakini bıçaqlanıb.
Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, hadisə rayonun Səfərli kəndində qeydə alınıb. Bıçaqlanan 1973-cü il təvəllüdlü Baxşəliyev Vüqar Əjdər oğlu ötən gün axşam saatlarında Quzanlıda yerləşən Ağdam Mərkəzi rayon Xəstəxanasına gətirilib.
Vüqar Baxşəliyev qarnınin ön divarından deşilmiş-kəsilmiş yara alıb. Ona ilkin tibbi yardım göstərilib.
Ağdam Rayon Polis Şöbəsi hadisə ilə bağlı araşdırma aparır.
Xalid Salmanbəyli