23 Oktyabr 2015 12:17
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 17-də itkin düşən Ağcabədi rayon sakini Valeh Qanboy oğlu İsmayılovun meyiti tapılıb.

Teleqraf.com-un əməkdaşının məlumatına görə, onun cəsədi Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb. Meyid tapıldıqdan sonra Məhkəmə Tibbi Ekspetriza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə verilib. Müayinədən sonra bildirilib ki, meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Mərhumun 6 gün öncə itkin düşdüyü deyilib.

Xatırladaq ki, Valeh İsmayılov Ağcabədi rayonundakı “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olub. Ailə üzvlərinin dediyinə görə, o, evdən çıxarkən üzərində külli miqdarda pul olub.

Qeyd edək ki, bundan öncə də həmin ərazidə xarici valyutanın alqı-satqısı ilə məşğul olan iki nəfər müəmmalı şəkildə yoxa çıxıb. Rayonun Qaravəlli kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəmova Fatma Yadulla qızı 2014-cü il avqustun 5-də, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi, ev 14 ünvanında qeydiyyatda olan 1975-ci il təvəllüdlü Vüqar Hümbətov isə 2015-ci il mayın 27-də itkin düşüb.

Xalid Salmanbəyli


Müəllif:

Oxşar xəbərlər