Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 18 ünvanında qeydə alınıb.
Bakı şəhər sakiniləri – 1986-cı il təvəllüdlü Əhməd Seyidovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, 1945-ci il təvəllüdlü Elzar Heydərovu vurub. Piyada ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov