23 Oktyabr 2015 15:53
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

37 nəfər cərimələndi

Bakının Yasamal rayonunda həbs edilən radikal dini qruplaşma üzvlərinin adları məlum olub.

Teleqraf.com xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin əməkdaşları Yavər Fərzəliyevə məxsus M.Seyidov küçəsində yerləşən “Farklı Lahmacun” kafe-çay evində əməliyyat keçiriblər.

Əməliyyat zamanı həmin kafe-çay evində radikal dini təriqətə məxsus ikisi azyaşlı olmaqla, ümumilikdə 42 nəfər saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə gətirilib. Həmin ünvanda dini kitablar, fars dilində olan 3 ədəd “Quran”, 3 ədəd hədis kitabı götürülüb.

Təşkilatçılar – Zaqatala rayon sakinləri – 1976-cı il təvəllüdlü Kamran Mustafayev, 1977-ci il təvəllüdlü Adil Rəcəbov, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Zaur Şabanovun barəsində Cinayət Məcəlləsinin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə cinayət işi başlanıb. Adıçəkilən həmin şəxslər şübhəli şəxs qismində saxlanılıb.

Digər saxlanılan 37 nəfərin barəsində İnzibati Xətalar Məcəlləsinin 299 və 310-cu maddəsi ilə toplanmış materiallar Yasamal rayon Məhkəməsinə göndərilib. Onlar məhkəmə qərarı ilə inzibati qaydada cəzalandırılıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər