24 Oktyabr 2015 23:39
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş verən hadisə ölkəni ayağa qaldırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ankaranın Mamak bölgəsində 13 yaşlı oğlunun böyrəni satmaq istəyən ata M.B. saxlanılıb.

Məlumatlara görə, ata oğlunun böyrəyinə 50 min lira (18 min AZN) qiymət qoyub. Hadisədən ilk olaraq, qonşular xəbər tutub. Oğlanın atası onlara iş tapdığını və yaxınlarda 50 min lirə pul alacağını bildirib. Bundan şübhələnən qonşular polisə müraciət edib.

M.B. iş başında yaxalanıb. Polis bölməsinə gətirilən qəddar ata olanları etiraf edib. Hazırda polis onun bu işdə tək olub-olmadığını araşdırır.

Samir


Müəllif:

Oxşar xəbərlər