Bakının Səbail rayonunda Hindistan vətəndaşına qarşı hədə-qorxu gələrək pulunu əlindən alıblar.
Teleqraf.com xəbər verir ki, hadisə H.Abdullayev küçəsində qeydə alınıb.
Hindistan vətəndaşı, 1978-ci il təvəllüdlü Kiron Sammel Vaşhali naməlum şəxslər tərəfindən bıçaqla hədələnib. Onu bıçaqla hədələyən naməlum şəxslər 50 manatını, sürücülük vəsiqəsini, iki ədəd bankomat kartını və mobil telefonunu alaraq gediblər.
Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Balakən rayon sakini, 1991-ci il təvəllüdlü Yadigar Qurbanov, Qəbələ rayon sakini, 1993-cü il təvəllüdlü Vasif Musayev və Sabirabad rayon sakini, 1997-ci il təvəllüdlü Bəhruz Məmmədov saxlanılıblar.
İstintaq araşdırması zamanı dəstə üzvlərinin daha bir cinayətinin üstü açılıb. Onlar Gürcüstan vətəndaşı georgy Rostovşkova qarşı da soyğunçuluq etmələri müəyyən edilib.
Hacı Zeynalov