27 Oktyabr 2015 12:34
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Ordusu (İŞİD) terror təşkilatının Suriya ərazisində olan qanunsuz silahlı birləşmələrində iştirakda ittiham olunan İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Telman Bəkirov və Masallı rayon sakini, 1990-cı il təvəllüdlü Mübariz Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Daha sonra Mübariz Tahirov və Telman Bəkirovun vəkilləri müdafiə çıxışı ediblər. Onlar müdafiə etdikləri şəxslərim cinayətlərinin sübuta yetirmədiyini və onlar barəsində bəraət hökmünün çıxırılmasını xahiş ediblər.

Bundan sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Telman Bəkirov son sözündə heç bir günahının olmadığını bildirib. Mübariz Tahirov da son sözündə Suriya sərhədinə keçmədiyini qeyd edib.

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər təqsirləndirilən şəxslərin hər birinin 14 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tə5rəfindən həbs edilib. Telman Bəkirov və Mübariz Tağıyev 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD” terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər