27 Oktyabr 2015 14:20
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Zirə qəsəbəsi, Ağamalı küçəsi 64 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 37 yaşlı Şirməmməd Qafarovun tanımadığı şəxs tərəfindən bıçaqlanıb. 37 yaşlı kişi əvvəlcə həmin şəxslər mübahisə edib. Mübahisə zamanı həmin şəxs Şirməmməd Qafarova bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstəridliyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. Hazırda polis cinayəti törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri görürlər.

Şirməmməd Qafarovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Hacı Zeynalov


Müəllif: