28 Oktyabr 2015 11:28
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda dələduzluq faktı aşkar edilib.

Teleqraf.com xəbər verir ki, Göyçay rayon sakini, 1963-cü il təvəllüdlü Səxavət Məmmədov 2 iyun 2015-cü il tarixdə internet vasitəsi ilə Aqil Burcayevlə tanış olub.

Aqil Butrcayev ev satmaq adı ilə Səxavət Məmmədovdan 20 min manat alıb.

Bundan başqa, Səxavət Məmmədov Maştağa qəsəbə sakini, 1962-ci il təvəllüdlü Hacı Məmmədova 6 sot torpaq satmaq adı ilə 13 min manat, Xətai rayonunda yaşayan Nağı Əsgərova ev satmaq adı ilə 15 min manat alıb.

Dələduzluq əməlini davam etdirən Səxavət Məmmədov növbəti dəfə Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan 1981-ci il təvəllüdlü Ramil Şükürovu aldadıb. O, Ramil Şükürova ev satmaq adı ilə ondan 10 min manat alıb.

Səxavət Məmmədov növbəti dələduzluq əməlini Nərimanov rayonunda həyata keçirib. O, Montin qəsəbəsində yaşayan, 1977-ci il təvəllüdlü Könül Kərimovaya Maştağa qəsəbəsi, Daş Karxanası, yeni yaşayış massivində 3 sot torpaq sahəsini 18 min manata satmaq barədə razılaşıb. O, Könül Kərimovadan həmin məbləği alsa da, vədinə əməl etməyib.

Səxavət Məmmədovdan Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə şikayət edilib. Bölmədən Teleqraf.com-a verilən məlumata görə, Səxavət Məmmədov dələduzluq etdiyi bütün şəxslərlə internet vasitəsi ilə tanış olub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər