28 Oktyabr 2015 16:53
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi törədən həbs edilib.

Teleqraf.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Zirə qəsəbəsində əvvəllər məhkum olunmuş, 1972-ci il təvəllüdlü Telman Məmmədov mübahisə zəminində 1978-ci il təvəllüdlü Şirməmməd Qafarova bıçaq xəsarəti yetirdiyinə görə yaxalanıb.

Qeyd edək ki, hadisə Zirə qəsəbəsi, Ağamalı küçəsi 64 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 37 yaşlı Şirməmməd Qafarovun tanımadığı şəxs tərəfindən bıçaqlanıb. 37 yaşlı kişi əvvəlcə həmin şəxslər mübahisə edib. Mübahisə zamanı həmin şəxs Şirməmməd Qafarova bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstəridliyi üçün onun həyatını xilas etmək mümkün olub.

Şirməmməd Qafarovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Hacı Zeynalov


Müəllif: