Bakının Yasamal rayonunda cinayət hadisəsi törədən yeniyetmələr yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini, 1997-ci il təvəllüdlü Elşad Mustafayev, Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Xıdır Eldarov və 2000-ci il təvəllüdlü Firuz Əlimədətov tutulublar.
Dəstə üzvləri oktyabrın 28-də rayonun Şərifzadə küçəsində 1998-ci il təvəllüdlü Əjdər Əzizlini bıçaqla hədələyiblər. Onlar 17 yaşlı oğlanın 500 manat pul tələb ediblər.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov