29 Oktyabr 2015 12:03
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda gənc qız qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, hadisə metronun “Qara Qarayev” stansiyası yaxınlığında qeydə alınıb.

1993-cü il təvəllüdlü İlahə Yusufova bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədən oğlan hadisə yerindən qaçıb. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları gəlib.

İlkin məlumata görə, cinayəti tərədən şəxs İlahə Yusufovanı sevirmiş. Amma cinayəti törədən oğlan qızdan sevgisinə müsbət cavab ala bilməyib. Buna görə də 22 yaşlı qızı qətlə yetirən oğlan hadisə yerindən qaçıb.

Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Hacı Zeynalov


Müəllif: