Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli-miqdarda oğurluqda təqsirləndirilən Yevlax rayon sakini Kənan Bəkirov və Səbinə Abdinovanin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 15-də Nağı Abdinovun evindən 90000 manat oğurlamış Yevlax rayon sakini Kənan Bəkirov tutulub.
Araşdırmalar zamanı məlum olub ki, bu oğurluğu Nağı Abdinovanın həyat yoldaşı Səbinə Abdinovadan aldığını bilinib. Belə ki, Səbinə Abdinova ilə Kənan Bəkirov arasında sevgili münasibətləri olub. Səbinə Abdinova əri Nağı Abdinovun pullarını götürərək sevgilisinə verib.
Onu da xatırladaq ki, Kənan Bəkirov da evli olub. Onun 4 azyaşlı övladı var. Səbinə Abdinovanın isə 2 övladı olub.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərinin və zərərçəkmişin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 5-ə təyin edilib.
Hacı Zeynalov