29 Oktyabr 2015 16:25
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda dələduzluq faktı aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Elşən Hüseynov dələduzluqla üzləşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə şikayət edib.

O, bildirib ki, 2013-cü ilin may ayında Ağaəli adlı şəxs onun etibarından sui-istifadə edərək 20 min manatını alaraq mənimsəyib. O, həmin pulu Ağaəli adlı şəxsə iş qurmaq adı ilə verdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər