Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi, H.Əliyev prospektində qeydə alınıb.
Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Cəbrayıl Cəbrayılov idarə etdiyi “Fiat Doblo” markalı avtomobildə 1992-ci il təvəllüdlü Rəvanə Ağayeva ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində mübahisə edən Rəvanə özünü avtomobildən ataraq intihar edib. O, 2 saylı şəhər xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Rəvanə Ağayeva xəstəxanada ölüb.
İlkin məlumata görə, Cəbrayıl Cəbrayılov ilə Rəvanə Ağayeva sevgili olublar. Hadisədən əvvəl sevgililər arasında mübahisə yaranıb və sonda mübahisə faciə ilə yekunlaşıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Hacı Zeynalov