Daxili İşlər Nazirliyi paytaxtda törədilən qətllə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini İlahə Yusubovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Hadisəni qısqanclıq zəminində törətmiş paytaxt sakini Babək Əliyev könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə gələrək istintaqa təslim olub.
Qeyd edək ki, Bakının Nizami rayonunda gənc qız qətlə yetirilib. Hadisə metronun “Qara Qarayev” stansiyası yaxınlığında qeydə alınıb. 1993-cü il təvəllüdlü İlahə Yusufova bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədən oğlan hadisə yerindən qaçıb. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları gəlib.
İlkin məlumata görə, cinayəti tərədən şəxs İlahə Yusufovanı sevirmiş. Amma cinayəti törədən oğlan qızdan sevgisinə müsbət cavab ala bilməyib. Buna görə də 22 yaşlı qızı qətlə yetirən oğlan hadisə yerindən qaçıb. Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Məlumata görə, 1993-cü il təvəllüdlü gənc qız 6 bıçaq zərbəsi ilə öldürülüb. Sonuncu zərbə onun ürəyindən dəyib. Şahidlərin məlumatına görə, hadisəni törədən şəxs hündürboylu gənc oğlan olub. Qızı vurub qaçarkən o, “axır ki, öldürdüm” deyə qışqırıb.
Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinə baxış keçirirlər. Prokuror və polis əməkdaşları öldürülən qızın telefonuna baxış keçirib, gələn-gedən sms-ləri, zəngləri yoxlayıb.
Məlumata görə, gənc qız gecə qonşusu ilə yazışıb, başqa bir oğlan ona evlilik təklif edib. Qətlin ilkin səbəbi kimi hələlik bu amil göstərilir.
Hacı Zeynalov