30 Oktyabr 2015 13:38
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Novruz Əliyevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu və Masallı rayon sakini Qoşqar Ağalarovun idarə etdiyi “Ford” markalı mikroavtobus toqquşub.

Nəticədə Q.Ağalarov və 7 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: