Bakının Xətai rayonunda ödəmə terminalından oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Andrey Pavlenko tutulub.
Andrey Pavlenko oktyabrın 26-da Xocalı prospektində quraşdırılmış “Milli Ön” ödəmə terminalından 1100 manat oğurlayıb.
Hacı Zeynalov