30 Oktyabr 2015 16:27
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə nazirlinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Teleqraf.com xəbər verir ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müdafiə Nazirliyinin lahiyə-smeta bölməsinin rəhbəri Nəriman Niftəliyev ifadə verib: “2008- ci ildən “STŞ” MMC rəhbəri Mehman müəllim məxsus obyektlərdə təmir tikinti işlərir aparırdı. Bununla əlaqədar bir neçə dəfə onunla görüşmüşdüm. Mehman müəllim məndən planlaşdırılmış tikinti obyektlərinin lahiyələndirilməsində köməklik istəmişdi”.

Daha sonra çıxış edən Mehman Səlimov qeyd edib ki, lahiyə-smeta işləri üçün 40 min manatlıq forma 2 yazlıb: “Həmin lahiyəni çəkən firmalar deyirlər ki, 8 min pul almışıq. Halbuki ora- bura verə-verə 40 min pul xərcləmişəm. Özləridə yaxşı bilir. Indi mənə deyirlər ki, 32 mini mənimsəmisən. Bir binanı 350 min manat, birinisə isə 740 min manat dəyərləndiriblər. Necə oldu ki, hər ikisi eyni binadır. Onların hər ikisi kapitanlı təmir olunub. Bu suallarıma cavab versinlər. Hələ birinci binanı təhvil verəndən sonra dam örtüyü uçdu. Mən öz vəsaitimlə knj bərpa elədim. Buna görə, mənə bir qəpikdə pul vermədilər”.

Daha sonra bir neçə şahidin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmə noyabrın 6-da davam edəcək

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər