Ağdamda 58 yaşlı qadın boğularaq qətlə yetirilib.
APA-nın xəbərinə görə, hadisə Ergi düzü adlanan ərazidə baş verib. Ağdamın Güllücə kəndindən məcburi köçkün Bəşirova Südabə Hüseyn qızının meyiti tibbi ekspertiza üçün Bərdəyə aparılıb. Ağdam Polis Şöbəsi və Ağdam Rayon Prokurorluğunun əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.