1 Noyabr 2015 12:51
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə A.Mursalıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək məqsədi ilə müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulub.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verilib.

Məlumata görə, barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə A.Mursalıyev oktyabrın 31-də saat 18.45-də dövlət sərhədini “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsi vasitəsi ilə keçərkən saxlanılıb.

Qazax rayon Polis Şöbəsində ölkə ərazisindən çıxışına qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb.

Qeyd edək ki, Azad Mürsəliyev fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin bacısı oğludur.

Hacı Zeynalov


Müəllif: