2 Noyabr 2015 11:59
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Şəhər şosesi, döngə 1 ünvanında qeydə alınıb.

Naməlum avtomobil Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Qafar Səfərovu vurub. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: