2 Noyabr 2015 13:36
469

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Veyis Orucov idarə etdiyi “Mitsubishi-Pajero” markalı avtomobillə 1974-cü il təvəllüdlü Əzalət Daşdamirovu vurub.

Əzalət Daşdamirov aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: