2 Noyabr 2015 15:53
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bərdə rayon sakini İsa Rzayev idarə etdiyi “Daewoo” markalı avtomobili yol ayırıcısına vurub.

İsa Rzayev və sərnişini xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilməsinə baxmayaraq, İsa Rzayev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: