2 Noyabr 2015 16:45
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda oğurluq edən şəxs cinayətini gizlətmək üçün evi yandırıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayon sakini Ramazan Orucovun evində baş verib.

Ramazan Orucovun evinə girən naməlum şəxs yataq dəstinin altından 1700 manat götürüb. Həmin şəxs daha sonra cinayətini gizlətmək məqsədilə evdə olan yataq dəstini yandırıb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Tahir Eyvazov tutulub.

Hacı Zeynalov


Müəllif: