2 Noyabr 2015 16:18
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü həbs edilib.

Teleqraf.com xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Səlminaz Həmidovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü müəyyən edilib.

Qadının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini “Mercedes” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini Ramid Süleymanov törədib. O, həbs edilib.

Qeyd edək ki, hadisə rayonun A.Şərifzadə küçəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Səlminaz Həmidova vurulub. Piyada hadisə yerində ölüb. Yol qəzasını törədən sürücü hadisə yerindən qaçmışdı.

Hacı Zeynalov


Müəllif: